"Qalatasaray"da ciddi itki Pley-off matçlarında oynamayacaq

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Davinson Sançes sıradan çıxıb. Bu barədə klubun həkimi Yener İncə məlumat verib.

Kolumbiyalı futbolçu Super Liqanın ilk turunun "Hatayspor"la matçında zədələnib. 28 yaşlı mərkəz müdafiəçisi 15-20 gün yaşıl meydanlardan uzaq qalacaq.

Davinson Sançes "Qalatasaray"ın Çempionlar Liqası pley-off mərhələsinin "Yanq Boyz"la keçirəcəyi qarşılaşmalarda komandaya kömək edə bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right