"Zirə" Rəşad Əzizliylə yollarını ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Zirə" PFK Rəşad Əzizliyə klubua göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayır.
Qeyd edək ki, R.Əzizli 2020-ci ilin iyulunda “Zirə”yə transfer olumuşdu. Onun klubla müqaviləsi bu ilun yayında başa çatırdı.