"Keşlə"nin sabiq futbolçusu Niderlandın həvəskar klubunda

"Keşlə"nin sabiq futbolçusu Ziya Əzizovun yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi Niderlandın həvəskar komandası hesab olunan "Trinitas"a keçib. O, səhhətindəki problemlər səbəbindən peşəkar futbolçu kimi fəaliyyətini davam etdirə bilməyib.

Qeyd edək ki, Azərbaycanın U-19, U-20 və U-21 yığmalarında oynayan Z.Əzizov 2019/2020 mövsümündə "Keşlə"nin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right