Aleksandr Səmədov: "Azərbaycan dilini öyrənməyə vaxtım yoxdur"

"Əlbəttə, atam azərbaycanca bilirdi".

Newsport.az məlumatına görə, bunu Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov "Qardaşyana cavab ver" yutub kanalına müsahibəsində deyib.

Keçmiş yarımmüdafiəçi atası Sergey Səmədovun hərbi xidmətlə əlaqədar Rusiyaya çox erkən getdiyini xatırladıb: "O, hərbi dəniz donanmasında - sualtı qayıqda xidmət edib. Xidmətini başa vurduqdan sonra Moskkvaya gələrək təhsil alıb, işləyib. Təəssüf ki, indi aramızda deyil. Azərbaycanca yanaşı, rusca da yaxşı danışırdı. Həyatının böyük hissəsini burada yaşadı".

A.Səmədov özünün Azərbaycan dilini öyrənmək istəyindən də danışıb: "Əlbəttə, öyrənmək istərdim. Çünki köküm oradandır. Arzum var, amma vaxtım yoxdur. Söz verirəm ki, bu məsələ ilə məşğul olmağa çalışacağam".

Ötənlərin tanınmış futbolçusu məktəb illərində milliyəti ilə bağlı problemlərlə üzləşdiyini bildirib: "Müxtəlif vəziyyətlər olub. Şərq görünüşlü olduğum aydındır. Mən indi anamın yaşadığı Tsaritsynoda yaşayırdım. Bir dəfə məşqdən və ya dərsdən sonra metroya minəndə başıma belə bir hadisə gəldi. Mən metroya düşünürəm və Tsaritsynoda bir vaxtlar skinhedlərin iştirakı ilə qırğınlar olub. Düşünürəm ki, hətta kimisə öldürüblər. Metrodan qalxanda gördüm ki, böyük izdiham oraya doğru qaçır. Təbii ki, çaxnaşma yaşadım. Uşaq idim. Təxminən 14-15 yaşım olardı. Geri çəkildim və sütunun arxasında gizləndim. Allaha şükürlər olsun ki, məni heç kim görmədi. Hətta qatarın altına da ata bilərdilər. Dəhşətli idi. Bütün vaqonlar skinhedlərlə dolu idi. Beləliklə, yaşlananda müxtəlif problemlər, münaqişələr oldu. Amma bu, həyatdır. Edə biləcəyimiz bir şey yoxdur".

O, 2013-cü ildə Bakıda Azərbaycan yığması ilə dünya çempionatının seçmə matçında azarkeşlərin təhqirlərinə məruz qalmasından da danışıb. 38 yaşlı keçmiş orta sahə oyunçusu "Həmin an cavab vermək, yoxsa meydanı tərk etmək istəyirdiniz" sualını cavablandırıb.

Səmədov risklərin yüksək olduğunu söyləyib: "Bu, dünya çempionatına çıxmaq üçün həlledici oyundur. İki yol var idi: Ya əsəbiləşib komandanı ruhdan salmaq və dünya çempionatından kənarda qoymaq, ya da öz işinlə məşğul olmaq. Açığı, bu cür davranışa layiq olduğumu düşünmürəm. Anlaşılmazlıq oldu. Bir müsahibə verdim və buna görə ajiotaj yarandı. Sadəcə, komandanın mundiala vəsiqə qazanması üçün meydana çıxıb öz işimi görməliydim. Bizim etdiyimiz də bu oldu".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right