“Neftçi”nin hədəflərinə çatması üçün daha çox qol vurmaq istəyirəm”

“Neftçi”nin braziliyalı hücumçusu Ramon Maçado ölkəsinin mətbuatına açıqlama verib.

Newsport.az xəbər verir ki, o, 2022-ci illə bağlı gözləntilərini açıqlayıb:

“Hazırda özümü “Neftçi”də qarşıya qoyulan məqsədlərə çatmaq üçün daha hazır hesab edirəm. Artıq azarkeşlər mənim timsalımda meydanda daha güclü oyunçu görəcəklər. İnanıram ki, onların ümidlərini doğruldacağam.

2022-ci illə bağlı böyük ümidlərim var. “Neftçi”nin hədəflərinə çatması üçün daha çox oynamaq, qol vurmaq və faydalı olmaq istəyirəm”.

2021-ci ilin sentyabrında transfer olunmuş Ramon Maçadonun “Neftçi” ilə 1 illik müqaviləsi var. 30 yaşlı futbolçu bu mövsüm Premyer Liqa çərçivəsində meydana çıxdığı 11 oyunda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right