Azərbaycan klubunun oyunu koronavirusa görə təxirə salındı

“Sumqayıt”ın Antalyadakı təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarından biri baş tutmayacaq.

Newsport.az xəbər verir ki, yanvarın 16-da Macarıstanın “Uypeşt” klubu ilə oynanmalı olan qarşılaşma təxirə salınıb.

Buna səbəb “bənövşəyilər”in heyətində koronavirusa kütləvi yoluxma hallarıdır. Məlumatı klubun rəsmi saytı yayıb. Macarıstan təmsilçisinin 1 həftə ərzində keçirəcəyi bütün oyunlar təxirə salınıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right