“Kəpəz” məşqləri bərpa etdi

“Kəpəz” üçün qış istirahət dövrü başa çatıb.

Newsport.az-ın məlumatına görə, komanda artıq məşqləri bərpa edib.

“Sarı-göylər” Gəncə şəhər stadionunun yardımçı meydançasında məşq keçir. Komandanın yeni transferi Roman Hüseynov da hazırlıq prosesində iştirak edir.

Məşqçilər korpusu həftəsonu yoxlama oyununda yetirmələrini sınamaq istəyir. Bu yöndə rəqib axtarışları davam etdirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right