Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də çıxış etdiyi “Keçiörengücü” səfərdə “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, “Keçiörengücü” 20 turdan sonra 22 xalla 19 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.