"Neftçi"nin kapitanı Emin Mahmudov sosial şəbəkədə paylaşım edib.
Newsport.az-ın məlumatına görə, “ağ-qaralar”ın aparıcı üzvü şəxsi instaqram hesabında yeni transferlər – Azər Salahlı və Eddi İsrafilovla birlikdə çəkdirdiyi fotosunu izləyicilərilə bölüşüb.
O, fotosunu bu sözləri yazaraq paylaşım edib: “Əfsanələr və Eddy”.
“Neftçi” qışda Azər Salahlı və Eddi İsrafilovu heyətinə qatıb.