"Səbail"də ayrılıq

“Səbail” klubunun U-13 komandasının baş məşqçisi Mahmud Əhmədov postundan ayrılıb.

Newsport.az-ın məlumatına görə, 2018-ci ildən etibarən “Səbail”in U-9, U-10, U-11, U-12 və U-13  komandalarında baş məşqçi vazifəsində çalışan gənc mütəxəsis klub ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub.

Əhmədov "Dənizçilər"dən ayrılması ilə bağlı saytımıza bunları deyib, "4 ildən çox idi ki, "Səbail" futbol klubunun akademiyasında çalışırdım. Hal-hazırda ayrılığım U-13 komandasının demək olar bütün üzvləri 7-8 yaşlarından mənim rəhbərliyim altında futbolun sirlərin öyrəniblər. Onlardan ayrılmaq mənə ağırdır. Bu qərar vermək mənim üçün çox çətin oldu. Buna məcbur qaldım. "Səbail" rəhbərliyinə və uşaqların valideynlərinə bu vaxta kimi mənə güvənib şans verdikləri üçün təşəkkür edirəm. Yaxın günlərdə hansı klubda çalışacağım dəqiqləşəcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right