"Neftçi"nin futbolçusu Sabiq Buqrin karyerasını Tunisdə davam etdirəcək.
Newsport.az xəbər verir ki, bu barədə news.gnet.tn məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi “Esperans” klubu ilə razılaşıb. Mərakeşli futbolçu bu gün Tunisə gedib tibbi müayinədən keçdikdən sonra tərəflər arasında müqavilə imzalanacaq.
Qeyd edək ki, Buqrin "Neftçi"yə 2020-ci ilin yayında Lüksemburqun "Düdelanj" klubundan transfer olunub. O, bu mövsümdə 20 oyunda 2 qol vurub və 2 qolun ötürməsini verib.