"Səbail" qış planını açıqladı

"Sabil" qış təlim-məşq toplanışına dünəndən etibarən start verib.

 

Newsport.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi hazırlığa "ASCO Arena"da başlayıb. 10 Yanvar tarixindən etibarən isə məşqlər  "Dalğa Arena"da davam etdiriləcək.

 

"Səbail" bu dövrdə 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırır. "Dənizçilər" ayın 14-də “Qarabağ-2” ilə qarşılaşacaq. Yanvarın 18-də “Keşlə” ilə üz-üzə gələcək "Səbail", ayın 24-də bu komanda ilə daha bir sınaq matçına çıxacaq. Ayın 21-də isə MOİK-lə oyun nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right