"Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa Azərbaycan klubları ilə bağlı sualı cavablandırıb.
Newsport.az-ın xəbərinə görə, belaruslu mütəxəssis bu gün keçirilən mətbuat konfransında deyib ki, ilk dəfə Azərbaycan futbolu ilə avrokuboklarda "Qarabağ"la qarşılaşanda tanış olub.
O yerli klubları analiz etdiklərini, "Qarabağ"ı çıxsaq, digər klubların bərabərsəviyyəli olduğunu söyləyib: "Komandaların heyətində maraqlı oyunçular var. Rusiyalı mütəxəssis Murad Musayev "Sabah"da çalışır. Qazaxıstanda süni örtüklü stadionlarda oynayırdıq və bu da matçın baxımlılığını azaldırdı. Azərbaycanda bu sarıdan problem olmayacağını düşünürəm".
Qeyd edək ki, Baqa 2018/19 mövsümü ÇL-in üçüncü təsnifat mərhələsində BATE-nin baş məşqçisinin əvəzliyicisi kimi "Qarabağ"la qarşılaşmışdı. Ağdam təmsilçisini üstələyib pley-off-a vəsiqə qazandıqdan sonra o, komandanın baş məşqçisi təyin olunmuşdu.