“Sumqayıt”ın yeni baş məşqçisi Azərbaycana nə vaxt gələcək?

“Sumqayıt” bu gün Aleksey Baqa ilə anlaşdığını rəsmi olaraq açıqlayıb.

Newsport.az məlumatına görə, belaruslu məşqçi Azərbaycana gələn il gələcək.

Belə ki, Baqa yanvarın 4-də Bakıya təşrif buyuracaq.

Belaruslu mütəxəssis komandanı yanvarın 5-də məşqə çıxaracaq.

Komanda öncə Sumqayıtda toplanış keçəcək və ardınca Antalyaya yollanacaq.

"Sumqayıt" Baqanı futbol ictimaiyyətinə rəsmi təqdim edəcək və onun üçün mətbuat konfransı təşkil edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right