Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" səfərdə "Ankaragücü"nün qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Start heyətində meydana çıxan Vüsal 79-cu dəqiqədə əvəzlənib. O, 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Bu nətəcədən sonra "Keçiörengücü" 19 xalla 16-cı pillədə qərarlaşıb. "Ankaragücü" 36 xalla 2-cidir.