"Qarabağ"ın legioneri "Legiya"ya keçir?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" "Qarabağ"ın daha bir futbolçusunun transferində maraqlıdı.

Newsport.az Polşa mətbuatına istinadən xəbər verir ki, Varşava klibu yarımmüdafiəçi Patrik Andrade ilə yaxından maraqlanır.

Özü də son çempion Kabo-Verde millisinin oyunçunu qış "transfer pəncərəsi"ndə heyətinə qatmağı planlaşdırır.

Ağdam klubu da bu keçidin gerçəkləşməsində maraqlı olduğu iddia edilir. "Köhlən atlar"ın 28 yaşlı legioneri üçün "Legiya"dan rəsmi təklif gözlədiyi bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right