Region Liqasında mübarizə aparan "Xan Lənkəran"la birinci divizion təmsilçisi "Neftçi-2" ilə yoxlama görüşündə üz-üzə gəlib.
Newsport.az xəbər verir ki, matç lənkəranlıların qələbəsilə başa çatıb - 0:1.
Yeganə qolu "Xan Lənkəran"ın futbolçusu Elməddin Hüseynzadə 20-ci dəqiqədə vurub.