Mahir Emreli Bakıya gəldi

Polşanın "Legiya" klubunda çıxış edən millimizin hücumçusu Mahir Emreli Vətənə qayıdıb.

Newsport.az xəbər verir ki, 25 yaşlı hücumçu bu barədə İnstaqram səhifəsində bildirib. Hava limanından foto paylaşan Emreli "family coming first" (ailə birinci gəlir) yazıb. O, dünən axşam saatlarında Bakıya çatıb.

Xatırladaq ki, "Legiya" fanatları Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. Mahirin "Legiya"dan ayrılacağı haqda xəbərlər yayılıb.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right