Yayda Yunanıstanın 1-ci divizion təmsilçisi olan "Pierikos"la müqavilə imzalayan Tural Bayramlının legioner həyatı erkən başa çatıb.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Yunanıstan klubunda qalmaq istəməyib və oradan ayrılıb.
Futbolçunun komandada qalmaq istəməməsinin maliyyə şərtlərilə əlaqədar olduğu bildirilir. Bayramlı artıq vətənə qayıdıb.