"Qarabağ" ispaniyalı ilə yollarını ayıracaq

"Qarabağ"ın cari mövsümün əvvəlində heyətinə qatdığı ispaniyalı futbolçu Qaspar Panadero qış fasiləsində komandadan ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, baş məşqçi Qurban Qurbanov artıq 24 yaşlı yarımmüdafiəçi ilə söhbət edib: "Dostcasına danışıq olub. Panaderonun karyerası var. Qurbanov futbolçuya yeni komanda tapmasını tövsiyə edib. Oyunçunun özü də baş məşqçinin fikirlərini yaxşı başa düşüb. Hazırda komanda axtarışındadır. Təklif olarsa, dəyərləndirməyə hazırıq".

Abbaszadə oyunçunun 12 - 26 yanvarda Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına aparılmayacağını söyləyib: "Klub tapa bilməsə, Bakıda qalıb əvəzedici komanda ilə hazırlıq keçəcək".

​Qeyd edək ki, "Qarabağ" Qaspar Panadero ilə 3 illik müqavilə imzalayıb. Panadero bu mövsüm Azərbaycan Premyer Liqasında 4 oyuna çıxıb, 244 dəqiqə meydanda olub. (report)

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right