"Qəbələ"də ayrılıq

"Qəbələ" İdman Klubu baş menecer Zaur Əzizovla yollarını ayırıb.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 2008-ci ildən bu vəzifəni tutan futbol funksioneri 13 ildən artıq müddətdə komandanın uğurları üçün çalışıb. Əzizov “Qəbələ” ilə birlikdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib, üç dəfə (2013/14, 2016/17, 2017/18) həlledici matçda məğlub olub.

 

Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” iki dəfə (2015/16, 2016/17) ardıcıl 4 mərhələ adlamaqla UEFA Avropa Liqasının qrupunadək irəliləyib.

 

"Qəbələ" İdman Klubu Zaur Əzizova əsas komandanın formalaşması, inkişafı və uğurlarındakı xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right