Nazir Azərbaycan futbolunun problemlərindən danışdı

Gənclər və idman naziri Fərid Qayıbov “İctimai Tv”yə müsahibəsində Azərbaycan futbolundan danışıb. Newsport.az xəbər verir ki, nazir daxili çempionatın hazırki durumundan narahatlığını dilə gətirib.

F.Qayıbov “Qarabağ”ın uğurlarından söz açıb, futbolun regionlarda inkişafının vacibliyini vurğulayıb:

““Qarabağ” bizi 8 il avrokuboklarda layiqincə təmsil edir. Azərbaycan çempionatına gəldikdə isə bunun bizim problemimiz olduğunu desəm, yanılmaram. Durumu dəyişmək, komandaların sayını artırmaq lazımdır. Ümumiyyətlə, problemlərdən biri odur ki, komandaların çox Bakıda cəmləşib. Regionlarımızda da komandaların sayı çox olmalıdır, rəqabət artmalıdır. Bunların hamısın başa düşürük. Çalışacağıq ki, bu işdə AFFA-ya kömək olaq. Azərbaycan ən populyar idman növü futboldur. Bu bütün dünyada belədir. Düşünürəm ki, durumdan çıxış yolunu hamımız birlikdə tapmalıyıq. Mən bütün federasiyalarla görüşürəm, onların çətinlikləri ilə maraqlanıram. Görüşlərlə fəaliyyətimiz bitmir. Bu davam edəcək. Strategiya haqqında düşünməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right