“Öz sözümüzü deyə bilərik” – Canni De Byazi

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Millətlər Liqasının 2022/23 mövsümünün püşkatma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi püşkü dəyərləndirib:

“Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq. Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right