“Qəbələ”nin 2 zədəli futbolçusu Rüfət Əhmədov və Yaovi Akakpo əməliyyat edilib.
Newsport.az saytının məlumatına görə, hər 2 futbolçunun komandaya qoşulacağı tarix də məlumdu.
Belə ki, Rüfət fevralda “Qəbələ”nin düşərgəsinə qoşulacaq. O, daha tez əməliyyat edildiyindən məşqlərə daha erkən başlayacaq.
Yaovi Akakponun komandaya qoşulması isə daha uzun çəkəcək.
Belə ki, afrikalı futbolçu apreldə kollektivlə məşqlərə başlayacaq. Hazırda hər 2 futbolçu bərpa prosesi keçir.