AFFA İntizam Komitəsinin qərarları açıqlanıb

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

Premyer Liqanın XIII turunun “Keşlə” – “Səbail” oyununda “Keşlə” klubunun futbolçusu Anatole Abanq ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

“Zirə” – “Qəbələ” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

“Qəbələ” klubunun futbolçusu Omar Hani ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

I Divizionun XI turunun MOİK – “Kəpəz” oyununda polis nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);

Nəzarət buraxılış xidmətinin nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün MOİK 80 manat cərimə olunur (maddə 60);

MOİK klubunun futbolçusu Elşən Veysov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

XI turun “Qəbələ-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 62.1);

XI turun “Zaqatala” – “Sumqayıt-2” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);

XI turun “Səbail-2” – “Keşlə-2” oyununda “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right