Kipr Superliqasında 12-ci turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, Araz Abdullayevin formasını geyindiyi "Etnikos" "Apollon"la qarşılaşıb.
Abdullayevin komandası bu oyundandan da məğlubiyyətlə ayrılıb.
Meydana 54-cü dəqiqədə çıxan millimizin üzvü komandasının məğlubiyyətdən qaçmasına kömək ola bilməyib.
Hazırda Axna təmsilçisi 5 xalla 12-ci pillədədi.