"Qəbələ" Gürcüstandakı turnirdə çıxışını dayandırdı, futbolçusu ən yaxşı seçildi Foto

"Qəbələ"nin U-16 komandası Tbilisi səfərini başa çatdırıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarışın dairəvi sistemlə keçirilən birinci hissəsində 3-cü yeri tutan "Qəbələ" sonuncu olmuş Litvanın "Ateitis" klubu ilə bürünc medallar uğrunda oyuna çıxıb.

Çoxsaylı qol imkanlarından yalnız ikisini reallaşdıran qəbələlilər yekunda meydançadan məğlub ayrılıb - 2:3.

Əsas vaxtı 2:2 hesabı ilə başa çatan final matçında "Riqa"ya (Latviya) penalti seriyasında qalib gələn yerli "Dinamo" çempion adını qazanıb.

Qədir Ramazanov turnirin ən yaxşı yarımmüdafiəçisi seçilib.

Turnirdən sonra kollektiv Tbilisi şəhəri ilə tanış oldu, mərhum prezidentimiz Heydər Əliyevin abidəsini ziyarət edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right