"Qələbəyə ehtiyacımız var idi. Matça yaxşı hazırlaşmışdıq".
Newsport.az-ın məlumatına görə, bu fikirləri "Bursaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov səfərdə "Denizlispor"a 3:1 hesabı ilə qalib gəldikləri TFF I Liqasının XV tur oyunu barədə danışarkən deyib.
Bursa klubunun ikinci qoluna imza atan 26 yaşlı cinah yarımmüdafiəçi qalibiyyətin davamını gətirmək istədiklərini bildirib: "Qalibiyyət üçün xoşbəxtik. Burada önəmli olan bu uğurun davamını gətirməkdir. İnşallah, bu qələbə başlanğıc olar".