"Legiya" azarkeşləri Polşa çempionatının 15-ci turunun “Qurnik”ə qarşı matçına görə futbolçularına qiymət veriblər.
Newsport.az xəbər verir ki, legia.net saytındakı səsverməyə əsasən Mahir Emreli 16 futbolçu sırasında 3,02 balla 8-ci pilləni tutub. Sözügedən portal Emreli barədə bunları da yazıb:
"Azərbaycanlı topla və qarşılıqlıq əlaqədə Tomaş Pekhartdan qat-qat fəal idi. Lakin onun oyun keyfiyyəti aşağı idi. O, qol vursa da, Lukinyas oyundankəanr vəziyyətdə olduğuna görə vurduğu qol qeydə alınmamışdı. Topu yaxşı qəbul edirdi, lakin həm də çox itkisinə yol verirdi.
Naməlum səbəblərdən, Emreli qəribə qərarlar verirdi. Dabanla zərbələr vururdu və ya hara gəldi ötürmə edirdi. Vurduğu zərbələrdən birinin qarşısı isə bloklanmışdı. Ümumilikdə Pekhartdan yaxşı idi, lakin o özü də yaxşı heç nə ilə yadda qalmadı”.