“Bursaspor” rəsmisindən Namiq Ələsgərovla bağlı açıqlama

Türkiyə "Bursaspor"unun vitse-prezidenti Emin Adanur mövsümün əvvəlində heyətə cəlb olunmuş futbolçuların çıxışını dəyərləndirib.


Newsport.az xəbər verir ki, klub rəsmisi yerli telekanallardan birinə müsahibəsində yalnız 2 oyunçudan narazı qaldığını bildirib. Funksioner həmin futbolçuların adlarını açıqlamayıb.


Adanur aralarında Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərovun da yer aldığı digər transferlərin isə uğurlu olduğunu vurğulayıb: "Komandada həddindən artıq razı qaldığım futbolçular var. Massimo Bruno, İsmail Yüksək, Namik Ələskərov, Nikolas Salasar, Luka Tsapan, Mert Yılmaz çox yaxşı oyunçulardır. Yalnız 2 nəfərlə bağlı peşmanlıq hissi keçirirəm. Onların adını isə deməyim düzgün olmaz".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right