"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 11-ci turunda səfərdə "Qəbələ"yə uduzduqları (0:2) oyundan sonra mətbuat konfransında iştirak edib.
Newsport.az-ın məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırıb:
- Bu vidadı? “Sumqayıt”ın maksimumudu, yoxsa Ayxan Abbasovun?
- Vida deyil. Sadəcə oyundan sonra çalışıram ki, geniş danışım, azarkeşlər bizi başa düşsüsn. Azarkeşlər komandanın daxilin bilmir, oyundan sonra nəsə gözləyirlər. Baş məşqçinin fikrini göğzləyirlər. Ayxan Abbasovun maksimumu deyil. Həmişə özümə inanmışam. “Sumqayıt”a gələndə də rəhbərliklə əl-ələ verib işləmişik. Rəhbərliyə də heç bir mesajım yoxdu. Elə məsələlər var ki, rəhbərlikdən də asılı deyil. Biz bu gün Riad Rəfiyev məni dəvət edəndə, birinci görüşümüzdə bunu danışmışıq ki, “Sumqayıt”ı iddialı etməliyik. Həmin vaxtlar “Sumqayıt”a klubsuz qalan, zədəli futbolçular gəlirdi. Bu ənənəyə çevrilmişdi. Yenilik etmişik. Riad Rəfiyevlə çox çətin yol keçmişik, ağır günlər olub. Rəhbərlik arxamda durub. İlk dəfə avrokuboklarda oynayanda çox futbolçu getdi, rəhbərliyin arxasında oldum. Həmin vaxtı getməyi fikirləşmirdim. Mən də öz tərəfimdən çox sağol borclu idim, etdim. Sadəcə ümumən deyirəm ki, qərar verməliyik, yarımçıq alınmır. Ya həqiqətən avrokuboklara oynayırıqsa, ona gücümüz çatmalıdı. Ya da digər tərəfdən. Rəhbərlik məndən avrokuboklara düşməyi tələb etmir. Sadəcə mənə çətindi. Bəzi futbolçularda hiss edirəm ki, ya fikirləri başqa yerdədi. Təkliflər olur, getdilər bizdən, maksimuma çatıblar. Mövqelərə yeni futbolçular lazımdı ki, buna da maliyyə tələb olunur. Rəhbərliyin heç bir günahı yoxdu. Büdcəyə uyğun komanda qurmuşuq. Yenə də burdayıq. Fikirlərim budu ki, bəlkə də qışdan sonra buradayam. Heç vaxt işdən qorxmamışam. Gələcək və özüm üçün qərar verməliyəm.
- Vurğun Hüseynovun qırmızı vərəqə alması barədə fikriniz necədi?
- Son müdafiədə olur belə şeylər. Diqqətli olmaq lazımdı. Oyunun sonunda biz hücumdaydıq, birə-bir qalırdı. Utsik, Rövlan, Ülvi kimi sürətli oyunçuları var. Qapıçı çatırdı bəlkə epizoda baxmamışıq. Müdafiəçilər diqüqətli almaq lazımdı. Qırmızı almaq digər oyunlarda da bizi çətin duruma salır. Murad Xaçayevin cəzalı olması bizə çətinlik yaradır. Elvin Bədəlov, Eltun Turabov zədəlidi. Hamısı üst-üstə düşdü. Amma hadisə olur. Bilə-bilə etmək istəmir. Epizodda gördük ki, yığmasaydı qol ola bilərdi.
- Sizcə, 2 hücumçu ilə daha yaxşı oynamadınız?
- Oyunun sonunda geridə olduq, aktiv olduq. Amma 2 hücumçu çox yaxşıdı, çox istəyirəm. Sadəcə kənarlar, orta xətt bu yerlərdə bir az istədiyimiz kimi deyilik. Amma həımişə bundan istifadə edirik. 1-ci hissədə epizoda girməsək də, düz oynayırdıq və rəqibi də oynamağa qoymurduq. Bir az 2-ci hissə rəqib yaxşı başladı və təzyiqin qarşısında top çox itirdik. 1-ci qol da oldu. “Qəbələ”nin hücumlarına hazır idik ki, orta xətdən sora sürətli çıxırlar. Ola bilər gələn oyunlarda 2 hücumçu oynayaq. Məğlub olurduqsa, risk etməliydik və bunu etdik.