"Zirə” “Səbail”ə qalib gəldi, “Neftçi” “Sabah”a uduzdu Yenilənib

Azərbaycan Premyer Liqasında 11-ci turun matçları davam edir. 

Newsport.az-ın məlumatına görə, 2-ci oyun günündə 2 görüş keçirilib. Əvvəlcə "Zirə" evdə "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Digər matçda isə "Neftçi" doğma meydanda "Sabah"la üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub.  Bu nəticələrdən sonra "Zirə" "Neftçi"ni keçərəcək turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, 11-ci tura sabah keçiriləcək "Qəbələ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.

20 noyabr (şənbə)

18:15. “Neftçi” – “Sabah” - 1:2

Qollar: Ramon Maçado, 33 (1:0), Coy-Lens Mikels, 53 (1:1), 69 (2:1)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Bakcell Arena





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right