"Neftçi"nin forvardı "Sabah"a qarşı oynayacaq?

"Neftçi" Premyer Liqanın 11-ci turunda "Sabah"la qarşılaşacaq.

Newsport.az xəbər verir ki, "ağ-qaralar" bu matça itkilərlə çıxa bilər. Belə ki, Tyaqo Bezerra və Sabir Buqrenin "Sabah" önünə çıxması sual altındadı. Hər iki futbolçunun mikro zədəsi var.

"Sabah"da isə Saşa Stamenkoviç zədədən qayıdıb. Serb kiperlə yanaşı "Zirə" ilə görüşdə zədələnən Kristian Sebalyosun meydana çıxıb-çıxmamayacağı sual altındadı.

Görüş noyabrın 20-də "Bakcell Arena" stadionunda 18:15-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right