"Azərbaycan millisi oyuna nəzarəti ələ aldı"

“Bizim üçün yaxşı başlanğıc oldu. Çox vacib olan erkən qolu vurduq. Qoldan sonra da yaxşı mübarizə apardıq və bir neçə yaxşı fürsətlər yaratdıq. Buna baxmayaraq, birinci hissədə ikinci qolu vura bilmədik". 

Newsport.az xəbər verir ki, bu sözləri Norveçin U-21 millisinin baş məşqçisi Leif Gunnar Smerud Avropa çempionatının seçmə mərhələsində Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Oyunun gedişində tempi artıra bilmədik və Azərbaycan millisi oyuna nəzarəti ələ aldı. Etiraf edim ki, oyunçularımızın çoxu öz normal səviyyələrinə uyğun oynamadı. Hər şeyə rəğmən Norveç layiq olduğu qələbəni qazandı” - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right