Şahruddin 3-cü oldu, Emin Mahmudov bombardirlər arasında

DÇ-2022-nin seçmə mərhələsində 10-cu turdan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Azərbaycan yığmasının üzvü Şahruddin Məhəmmədəliyev 8 matçda qapısında 18 top görməklə seçmə mərhələdə ən çox qol buraxan qolkiperlər arasında yer alıb. O, bu göstəricidə 6-cıdır. Həmçinin 27 yaşlı oyunçu ən çox qurtarış edən qapıçılar siyahısında 3-cü sıradadır - 44 qurtarış.

Seçmə mərhələdə millimizin ən çox qol vuran futbolçusu Emin Mahmudovdur. 4 dəfə fərqlənən Emin bu göstəricidə 23- 39-cu yerləri bölüşdürür.

Qeyd edək ki, seçmə mərhələdə ən çox qol vuran oyunçular Memfis Depay (Niderland) və Harri Keyndir (İngiltərə) – 12 qol.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right