Azərbaycan Lüksemburqa qalib gəldi

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.


Newsport.az xəbər verir ki, Elxan Abdullayevin komandası 8-ci qrupdakı 3-cü matçında Lüksemburq yığması ilə qarşılaşıb.

 

Vilts şəhərindəki "Poetz" stadionunda oynanılan görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bununla da qrupu 3-cü pillədə tamamlayan yığmamız turnirlə vidalaşıb.

 

16 noyabr

19 yaşadək futbolçular arasında AVRO-2022-nin seçmə mərhələsi

21:00. Lüksemburq – Azərbaycan – 0:2

Qollar: Mirmövsüm Canıyev, 23, Mehrac Baxşəli, 77


Beləliklə, ilk iki qarşılaşmada Belçika və İspaniyaya uduzan milli komanda bu qalibiyyət sayəsində qrupu 3-cü sırada başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right