"Omoniya"nın zədəlisi qayıtdı: "Qarabağ"la matçda meydanda olacaq

Kofrans Liqasında “Qarabağ”ın rəqibi olan “Omoniya” uzun müddətdir ki, zədəli olan futbolçunun sağalmasına sevinib.

Newsport.az xəbər verir ki, Nikosiya təmsilçisinin fransalı vingeri Erik Botoka zədəsini sağaldaraq məşqlərə başlayıb.

Kiprin “24sports” portalı 34 yaşlı hücumameyilli futbolçunun dönüşü haqda bu cür yazıb: “Təxminən ayyarımdan sonra Henninq Berq yenidən heyətdəki ən yaxşı variantlardan birinə ümid etməkdən məmnun olacaq. Çünki 34 yaşlı cinah oyunçusu bu həftə həmişəki kimi məşqlərə başlayacaq".

Botok Superliqanın "Aris"lə matçını buraxsa da, Konfranslar Liqasının H qrupunun 5-ci turunda "Qarabağ"a qarşı Bakıda keçiriləcək oyuna hazır olacaq.

Maraqlıdır ki, onun son oyunu Ağdam klubuna qarşıdı və cəmi 26 dəqiqə meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right