"Neftçi"nin futbolçusu Mamadu Mbodj Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldoya sataşıb.
Newsport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ötən gecə DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyanın Serbiyaya uduzduğu matçdan sonra öz İnstaqram hesabında paylaşımlar edib. Mbodj paylaşımlarından birində yazıb: "Ronaldo hələ də oturub hakimləri Mitroviçin zərbəsindən sonra topun qapı xəttini keçdiyinə inandırır".
Qeyd edək ki, Mamadu Mboc 2014/2015 mövsümündə Serbiyada "Srvena Zvezda"nın formasını geyinib. Stefan Mitroviç də həmin klubun yetirməsidir.