Yığmamızın rəqibinin çalışdırıcısı: "Öz futbolumuzu oynaya bilmədik"

Portuqaliya milli komandasının baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qrupda Serbiyaya (1:2) qarşı keçirdiyi oyunla bağlı danışıb. 


Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis məğlubiyyəti bu cür şərh edib: "Biz yaxşı başlamışdıq oyuna. Qolumuzu vurduq, daha sonra top saxlamağı bacarmadıq. Tez-tez balansı itirirdik. Əslində, vingerlərimiz öz işlərinin öhdəsindən gələ bilmədilər. Öz futbolumuzu oynaya bilmədik". 

Xatırladaq ki, Azərbaycanla eyni qrupda yer alan Portuqaliya və Serbiya komandalarının oyununda serblər qalib gələrək Qətərdə keçiriləcək Dünya çempionatına birbaşa vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right