Vitse-prezidentin atası koronavirusdan dünyasını dəyişdi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse prezidenti, jurnalist Anar Şabanoğlunun atası Şəban İsgəndərov dünyasını dəyişib.

Newsport.az-ın məlumatına görə, o, 15 gün idi koronavirusdan müalicə alırdı.

1947-ci ildə Gədəbəydə dünyaya gələn Şəban İsgəndərov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya fakültəsini bitirib.

Bir müddət peşəsi üzrə Qazaxıstanda çalışdıqdan sonra vətənə dönüb və müxtəlif vəzifələrdə işləyib.

Uğurlu Başkənd əməliyyatının iştirakçısı və birinci Qarabağ müharibəsinin veteranı olmuş Şəban İsgəndərov həmin savaşda Milli ordumuzun silahlanmasında fəal işitirak edib,

Gədəbəyin Ermənistanla sərhədində istehkamların, hərbi struktur və binaların tikilməsinə rəhbərlik edib.

Allah rəhmət eləsin!





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right