Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan "Neftçi" yoxlama oyununda qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" öz bazasında "Keşlə" ilə qarşılaşıb. Matç Samir Abasovun komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi"nin qollarını 28-ci dəqiqədə Yusuf Laval, 47 və 76-cı dəqiqələrdə Roman Maçado, 52-ci dəqiqədə isə Xəyal Nəcəfov vurub.