Mahir Emreli: "İnanıram ki, sabah qol tilsimini qıracağam"

“Bütün xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin üzvü Mahir Emreli DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla sabah Bakı Olimpiya Stadionunda keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

24 yaşlı hücumçu doğma meydanda qələbə qazanmaq istədiklərini bildirib: “Yığmada qol vura bilməməyim məni narahat edir. Amma oyunlar belə gətirir. İnanın ki, hamıdan çox özüm özümdən qol gözləyirəm və ümid edirəm ki, sabah bu tilsimi qıracağam".

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right