Ramin Musayev: "Bu komandaların Azərbaycan kubokunda iştirakı qeyri-peşəkarlıq olar"

"Bütün klublara uğurlar arzulayıram. Bu il keçən mövsümdən daha maraqlı olacaq. Çempionatımızın gedişi bunu deməyə əsas verir. Elə oyunlar keçirilir ki, heç kim onu gözləmir".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunda yeni mövsümün püşkatma mərasimində deyib. Onun sözlərinə görə, I Divizion komandaları da yaxşı oyun sərgiləyəcək: "Heç kimin ağlına gəlməzdi ki, "Keşlə" kuboku qazanacaq. Bu il yenə maraqlı olacaq. Premyer Liqa çox maraqlı keçir. İnanıram ki, maraqlı matçları kubokda da görəcəyik.".

Musayev final oyununun məkanının hələ müəyyənləşmədiyini də əlavə edib: "Mətbuatda yazırlar ki, bu oyun Şamaxıda olacaq. Hədəfimiz məkanından asılı olmayaraq, qarşılaşmanın maraqlı alınmasıdır".

O, Region Liqasındakı klubların ölkə kubokunda iştirak etməməsinə bu cür münasibət bildirib: "Region Liqasındakı komandaların Azərbaycan Kubokunda iştirakı bir az qeyri-peşəkar olar. Oradakıların hamısına peşəkar demək olmaz. Komandaların sayı çox olsa daha yaxşı olar. Amma peşəkarlıq baxımından düz çıxmaz".

"Torpaqlarımız işğaldan azad olunub. İnanırıq ki, həmin bölgələrin komandalarını ölkə kubokunda görəcəyik", - Musayev bildirib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right