Öncə Holtz, sonra De Byazi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

Newsport.az xəbər verir ki, noyabrın 10-da 17:30-da Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçiriləcək. 19:00-da isə 15 dəqiqəsi mətbuat üçün açıq məşq Dalğa Arenada baş tutacaq.

Lüksemburq milli komandasının baş məşqçisi Luk Holtzun mətbuat konfransı 17:00-da olacaq. Bir saat sonra isə onun komandasının ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqçi keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right