"Turan Tovuz" şəhid futbolçusunun xatirəsini əbədiləşdirdi

Tovuz şəhər stadionunda yer alan təlim-tədris meydançalarından birinə "Turan Tovuz"un şəhid futbolçusu İlqar Zeynallının adı verilib.

 

Newsport.az-ın məlumatına görə, bununla bağlı bu gün stadionda tədbir keçirilib. Tədbirdə klub nümayəndələri ilə yanaşı şəhid İlqar Zeynallının atası Ayaz Zeynalov, qardaşı Sənan Zeynallı, şəhid ailələri, qazilər, azarkeşlər də iştirak ediblər. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 

Bundan başqa stadionda şəhidlərimizin xatirəsinə bulaq kompleksinin də açılışı olub. Şəhid ailələri göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right