Poruqaliya yüksək liqasında 11-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, milli komandamızın forvardı Renat Dadaşovun formasını geyindiyi "Tondela" növbəti matçına çıxıb.
Dadaşovun komandası "Maritimu"ya 4:2 hesabı ilə qalib gəlib. Yığmamızın forvardı bu matçda 90 dəqiqə meydanda olub. Hazırda 12 xalı olan "Tondela" çempionatın turnir cədvəlində 9-cu pillədə yer alıb.