"Qarabağ"ın iki legioner futbolçusu milli komandalarına dəvət alıb.
Bunlar Marko Veşoviç və Patrik Andradedi.
Yarımmüdafiəçi Patrik Andrade dünya çempionatının seçmə mərhələsində noyabrın 13-də Mərkəzi Afrika Respublikası və 16-da Nigeriya ilə keçiriləcək oyunlar üçün Kabo-Verde millisinə dəvət alıb.
Müdafiəçi Marko Veşoviç isə dünya çempionatının seçmə mərhələsində noyabrın 13-də Niderland, 16-da isə Türkiyə ilə keçiriləcək oyunlar üçün Monteneqro millisinə dəvət alıb.