Bu gün Azərbaycan Premyer Liqasında "Zəfər turu" adı verilən 11-ci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, sonuncu oyun günündə daha 2 qarşılaşma keçirilib.
Öncə turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Qəbələ” "Səbail" önünə çıxıb. Qəbələlilər matçın sonuna az qalmış vurduğu 2 qolla 3 xalın sahibi olub. Turun son oyunu isə Sumqayıtda baş tubu. Belə ki, "Qarabağ" "Sumqayıt"ın qonağı olub və rəqibini 4:0 hesabı ilə darmadağın edib.
7 noyabr (bazar)
15:00. “Səbail” – “Qəbələ” 0:2
Qol: Emil Səfərov, 88, Məqsəd İsayev, 90+5
Qırmızı vərəqə: Yurqen Qoxa, 56 ("Səbail")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov
“ASCO Arena”
19:30. “Sumqayıt” – “Qarabağ” 0-4
Qollar: Ramil Şeydayev, 40, Musa Qurbanlı, 45+3, 77, Maksim Medvedev, 51
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov
“Kapital Bank Arena”.