UEFA Azərbaycan klubları üçün lisenziya tələblərini sərtləşdirir

UEFA-nın Klubların Lisenziyalaşdırılması və "Maliyyə Feyr Pley"i mövzusuna həsr olunmuş videokonfrans formatında iclası keçirilib. Newsport.az xəbər verir ki, iclasda UEFA-nın əməkdaşları ilə barəbər qurumun 55 üzv assosiasiyanın Lisenziyalaşdırma şöbələrinin əməkdaşları iştirak edib.
 
İclas UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə “Feyr Pley” qaydalarında növbəti mövsüm öncəsi baş verəcək dəyişikliklərə həsr olunub. Potensial dəyişikliklər idman, kadr-inzibati, hüquq və maliyyə meyarlarını, həmçinin UEFA-nın Maliyyə Feyr Pley tələblərini əhatə edərək, UEFA tərəfindən UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya tələblərinin ümumən sərtləşdirilməsi nəzərdə tutulub.
 
Bütün qeyd olunan dəyişikliklərlə bağlı ətraflı məlumatlar, yeni qaydalar UEFA tərəfindən rəsmi şəkildə təsdiqləndikdən sonra AFFA-nın Lisenziyalaşdırma Qrupu tərəfindən Premyer Liqa və Birinci Divizion klublarına təqdim olunacaq. Eyni zamanda, klublar üçün müvafiq köməkçi materiallarının hazırlanamsı  və treninqlərin təşkil olunması nəzərdə tutulub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right