“Mahir Emrelinin özünəinamı azalıb”

Futbol üzrə Polşa millisinin və “Legiya”nın sabiq futbolçusu Marek Yovyak Varşava təmsilçisinin cari mövsümdəki uğursuz çıxışına münasibət bildirib. Newsport.az xəbər verir ki, o, bu komandanın heyətində 6 oyundur qol vura bilməyən Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən də danışıb:
 
“Düşünürəm ki, Emreli daha cəld qərar qəbul etməlidir. 1-2 qol epizodunu əldən verdikdən sonra özünə inamı azalıb. Bəzi epizodları gözübağlı qola çevirmək lazımdır. Amma Mahir belə etmir. Mən demirəm ki, o, hər şeyə cavabdehdir. Çünki digər oyunçular da effektiv deyil. "Legiya" dərin çuxura düşüb. Bundan çıxmaq istəyirsinizsə, qol fürsətlərindən yararlanmalısınız”.
 
Marek Yovyak 1987-1996 və 2001-2005-ci illərdə "Legiya"nın formasını geyinib. O, Polşa millisində 14 oyun keçirib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right